DÜNYA


Son sutka ərzində İranda 272 nəfər koronavirusdan ölüb

Tehran, 12 oktyabr, AZƏRTAC

Son sutka ərzində İranda 4206 nəfər koronavirusa yoluxub, 272 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib.

Bununla da İranda bu virusa yoluxanların 504 min 281-ə, ölənlərin sayı isə 28 min 816-ya çatıb.

Müalicəsi davam edən 4533 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 409 min 121 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran da daxil olmaqla İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.