DÜNYA


Son sutka ərzində İranda koronavirusdan 85 nəfər ölüb

Son sutka ərzində İranda koronavirusdan 85 nəfər ölüb

Tehran, 28 yanvar, AZƏRTAC

Son sutka ərzində İranda 6 min 527 nəfər koronavirusa yoluxub, 85 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 398 min 841 nəfərə, yoluxaraq ölənlərin sayı isə 57 min 736-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 18 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 1 milyon 189 min 975 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da nəzərə çatdırıb ki, gələn həftədən başlayaraq əhali peyvənd olunacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.