DÜNYA
Son sutka ərzində İranda koronovirusdan 109 nəfər ölüb
Tehran, 26 iyun, AZƏRTAC
İranda koronavirusdan ölənlərin və bu infeksiyaya yoluxanların sayı hər gün artır. Son 24 saat ərzində 2628 nəfər virusa yoluxub, 109 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 217 min 724 nəfərə, ölənlərin sayı isə 10 min 239-a yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 177 min 852 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiya alan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.
Virusun yayılmasının qarşısını almaq məqsədilə Tehranda və digər böyük şəhərlərdə küçələr bir daha dezinfeksiya edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]