DÜNYA


Son sutka ərzində Pakistanda 17 nəfər koronavirusdan həyatını itirib

İslamabad, 13 avqust, AZƏRTAC

Son sutka ərzində Pakistanda koronavirusa 730 nəfər yoluxub. Bununla da belə xəstələrin sayı 285 min 921 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada 17 nəfər bu xəstəlikdən həyatını itirib. Vəfat edənlərin sayı isə 6 min 129 nəfər olub.

Hazırda ölkə xəstəxanalarında 16 min 599 pasiyentin olduğu bildirilir ki, bunlardan da 785 xəstə ağır vəziyyətdədir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.