DÜNYA


Son sutka ərzində Pakistanda koronavirusdan 148 xəstə ölüb

İslamabad, 26 iyun, АZƏRTAC

Son sutka ərzində Pakistanda yeni növ koronavirusdan (COVID-19) 148 xəstə dünyasını dəyişib və ölənlərin ümumu sayı 3903 nəfər olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu müddətdə ölkədə koronavirusa yoluxanların sayı 4044 xəstə artıb və 192 min 970 nəfərə çatıb.

Məlumatda bildirilir ki, 24 saat ərzində virusdan 3553 xəstə sağalıb, evə yazılanlar 81 min 307 nəfər olub. Xəstəxanalarda hazırda 107 min 760 nəfər müalicə alır, onlardan 3003 xəstənin vəziyyəti ağırdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.