DÜNYA


Son sutka ərzində Türkiyədə koronavirusdan 187 nəfər dünyasını dəyişib

Ankara, 7 dekabr, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə sürətlə aparılmaqdadır. Rəsmi dairələrdən verilən məlumatlara və mütəxəssis rəylərinə görə, hazırda ölkə üzrə yoluxma və ölüm hallarında daha yüksək faiz peyvənd olunmayanların payına düşür.

AZƏRTAC xəbər verir ki, son sutkada Türkiyə üzrə 354 min 269 nəfər COVID-19 testindən keçirilib və onlardan 20 min 33 nəfərdə virusun əlamətləri aşkarlanıb. Gün ərzində 187 koronavirus xəstəsi dünyasını dəyişib, 25 min 611 şəxs sağalıb.

Dekabrın 6-sı da daxil olmaqla indiyədək ölkə üzrə 121 milyon 42 min 428 doza vaksin tətbiq olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.