CƏMİYYƏT


Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1997 yoluxma faktı qeydə alınıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1997 yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 582 min 504 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547 min 354 nəfər müalicə olunaraq sağalıb, 7 min 767 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 383 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 210, bu günə qədər isə ümumilikdə 5 milyon 497 min 719 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.