CƏMİYYƏT


Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 563 yoluxma faktı qeydə alınıb

Bakı, 9 avqust, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 563 yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 802 min 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 789 min 667 nəfər müalicə olunaraq sağalıb, 9 min 762 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 194 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min, bu günə qədər isə ümumilikdə 7 milyon 76 min 185 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.