CƏMİYYƏT


Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb

Bakı, 6 iyul, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 501 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 287 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 755, bu günə qədər isə ümumilikdə 6 milyon 977 min 685 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.