CƏMİYYƏT


Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 808 yoluxma faktı qeydə alınıb

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 625 min 726 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 min 514 nəfər müalicə olunaraq sağalıb, 8 min 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.

Ölkədə son sutka ərzində 9 min 340, hazırkı dövrədək isə 6 milyon 6 min 500 test aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.