CƏMİYYƏT


Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2254 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2254 yoluxma faktı qeydə alınıb, 3655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 min 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 min 224 nəfər müalicə olunaraq sağalıb, 5 min 994 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 318 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 753, bu günə qədər isə ümumilikdə 4 milyon 608 min 573 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.