CƏMİYYƏT


Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 1043 nəfər sağalıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1032 yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 min 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 min 23 nəfər müalicə olunaraq sağalıb, 6 min 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 492 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 385, bu günə qədər isə ümumilikdə 4 milyon 952 min 737 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.