CƏMİYYƏT


Son sutkada COVID-19 əleyhinə 62 min dozaya yaxın peyvənd vurulub

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Azərbaycanda 61 min 657 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 431 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 925 min 249, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 605 min 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 319 min 291 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.