CƏMİYYƏT


Son sutkada COVID-19 infeksiyasına 54 yoluxma qeydə alınıb

Son sutkada COVID-19 infeksiyasına 54 yoluxma qeydə alınıb

Bakı, 18 mart, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 yoluxma qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 217 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 756 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1249, bu günə qədər isə ümumilikdə 7 milyon 548 min 451 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.