DÜNYA


Son sutkada İranda koronavirusdan 254 nəfər ölüb

Tehran, 13 oktyabr, AZƏRTAC

İranda koronavirusa yoluxaraq ölənlərin sayında kəskin artım olub. Bu günə olan məlumata görə İranda 4 min 108 nəfər koronavirusa yoluxub, 254 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 508 min 389 nəfər, ölənlərin sayı isə 29 min 70-ə çatıb.

Müalicəsi davam edən 4 min 533 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 411 min 840 nəfər sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.