DÜNYA


Son sutkada İranda koronavirusdan 480 nəfər ölüb

Tehran, 18 noyabr, AZƏRTAC

Son sutka ərzində İranda 13 min 421 nəfər koronavirusa yoluxub, 480 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İran Səhiyyə Nazirliyindən verilib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 801 min 894, yoluxaraq ölənlərin sayı isə 42 min 941-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 712 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 576 min 983 nəfər isə sağalaraq evə buraxılıb.

Bu gündən başlayaraq İranda karantin rejimi sərtləşdirilib. Koronavirusa qarşı mübarizə qərargahının verdiyi qərara əsasən şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitələrinin fəaliyyəti məhdudlaşdırılıb. Dövlət və özəl müəssisələrdə işçilərin yalnız 30 faizinin işə çıxmasına icazə verilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.