DÜNYA


Son sutkada İranda koronavirusdan 91 nəfər ölüb

Tehran, 23 fevral, AZƏRTAC

İranda koronavirus infeksiyası ilə əlaqədar ölüm və yoluxma halları azalsa da problem hələ də davam edir.

AZƏRTAC xəbər verir ki, son sutka ərzində İranda koronavirusa 8 min 330 nəfər yoluxub, 91 nəfər isə ölüb. Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 590 min 605 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 663-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 696 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 358 min 541 xəstə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.