DÜNYA


Son sutkada Misirdə COVID-19 virusundan 46 nəfər ölüb

Qahirə, 1 iyun, AZƏRTAC

Mayın 31-də Misirdə COVID-19 virusundan rekord sayda – 46 ölüm faktı qeydə alınıb. Yeni növ koronavirusdan həyatını itirənlərin ümumi sayı isə 959 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed son sutka ərzində COVID-19 virusuna daha 1536 nəfərin yoluxduğunu bildirib. O əlavə edib ki, indiyədək ölkədə yeni növ koronavirusa 24 min 985 nəfər yoluxub, 6 min 37 pasiyent isə sağalıb.

Misirin Baş Naziri Mustafa Mədbuli özəl xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsinin ödənişsiz olması barədə göstəriş verib. O qeyd edib ki, xəstələrin yaxınları bu müalicə ocaqlarında qiymətlərin yüksək olmasından şikayət ediblər. Baş Nazir özəl klinikaların lazımi dərman və tibbi ləvazimatla təchiz edilməsi barədə Səhiyyə nazirinə göstəriş verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.