DÜNYA


Son sutkada Misirdə COVID-19 virusundan 47 nəfər həyatını itirib

Qahirə, 3 iyun, AZƏRTAC

Misirin Səhiyyə Nazirliyi iyunun 2-də yeni növ koronavirusla bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1152 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 27536 nəfərə çatıb. O əlavə edib ki, iyunun 2-də Misirdə daha 47 insan yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1052 nəfərdir. Bundan başqa, sutka ərzində 380 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 6827 nəfərə çatıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi pandemiya şəraitində ölkə iqtisadiyyatının fəaliyyətini təmin etmək məqsədilə müşavirə keçirib. Dövlət başçısı Baş Nazir Mustafa Mədbuli və Mərkəzi Bankın sədrinə maliyyə sabitliyinin təmin edilməsi, iyunun ortalarında açılacaq beynəlxalq aviareyslər və turizm sektorunda COVID-19 virusuna qarşı profilaktik tədbirlərin genişləndirilməsi barədə göstəriş verib.

Misir iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan turizm sektorunun fəaliyyətinin bərpa edilməsi iyunun 2-də Nazirlər Kabinetində keçirilən müşavirədə də müzakirə edilib. Qeyd olunub ki, mərhələli şəkildə açılacaq beynəlxalq aeroportlar və aviareyslər vasitəsilə iyulda əcnəbi turistlərin axınını təmin etmək lazımdır. Müvafiq nazirliklər isə kurort şəhərlərində, otellərdə və çimərliklərdə təhlükəsizliyi maksimum təmin etməlidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.