DÜNYA


Son sutkada Özbəkistanda koronavirusa 671 nəfər yoluxub

Daşkənd, 14 avqust, АZƏRTAC

Son 24 saatda Özbəkistanda COVID-19 koronavirusuna 671 nəfər yoluxub, pandemiya dövründə yoluxanların sayı 33 min 561 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada virusdan 7 nəfər vəfat edib və ölənlərin sayı 218 nəfərə çatıb.

Bildirilir ki, xəstəxanalarda 6 min 130 nəfər var, onların 1340-nın vəziyyəti ağır, 410-nun isə kritikdir.

Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.