DÜNYA


Son sutkada Özbəkistanda koronavirusa 738 nəfər yoluxub

Daşkənd, 9 avqust, AZƏRTAC

Son sutka ərzində Özbəkistanda COVID-19-a 738 nəfər yoluxub və beləliklə, xəstələrin sayı 30 min 197 nəfərə çatıb. Yeni yoluxma halları Özbəkistanın 10 regionunda qeydə alınıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son bir gündə virusdan 5 xəstə dünyasını dəyişib. Bununla da ölənlərin sayı 188 nəfərə yüksəlib.

Xəstəxanalarda 8691 nəfərin müalicəsi davam etdirilir. Onların 974-nün vəziyyəti ağır, 274-nin isə çox ağırdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.