DÜNYA


Son sutkada Pakistanda koronavirusdan 68 nəfər ölüb

İslamabad, 4 iyul, AZƏRTAC

Son sutka ərzində Pakistanda COVID-19-dan 68 xəstə dünyasını dəyişib və pandemiya dövründə ölənlərin sayı 4619 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, son 24 saatda virusa 3387 nəfər yoluxub və hazırda xəstələrin ümumi sayı 225 min 283-dür.

Pakistan xəstəxanalarında 95 min 570 xəstə var, 2460 pasiyentin vəziyyəti ağırdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.