DÜNYA


Son sutkada Pakistanda koronavirusdan 6 nəfər həyatını itirib

İslamabad, 16 sentyabr, AZƏRTAC

Son sutkada Pakistanda COVID-19-a 404 nəfər yoluxub, infeksiyalı pasiyentlərin sayı 302 min 424 nəfər təşkil edib.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda koronavirusdan 6 xəstə həyatını itirib və vəfat edənlərin sayı 6 min 389 nəfər olub.

Hazırda xəstəxanalarda 5 min 774 adamın olduğu bildirilir, onların 563-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, indiyədək virusdan 290 min 261 pasiyent sağalaraq evə buraxılıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.