DÜNYA


Son sutkada Pakistanda koronavirusdan 71 xəstə ölüb

İslamabad, 13 noyabr, AZƏRTAC

Son sutkada Pakistanda COVID-19 koronavirusuna 2 min 304 nəfər yoluxub və xəstələrin ümumi sayı 352 min 296 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son gün ərzində ölkədə COVID-19-dan 71 nəfər dünyasını dəyişib, ölənlərin sayı 7 min 92 nəfərdir.

Xəstəxanalarda 23 min 641 pasiyentin olduğu bildirilir, onların 1219-nun vəziyyəti kritikdir.

Qeyd olunur ki, pandemiya dövründə 321 min 563 xəstə sağalıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.