DÜNYA


Son sutkada Qırğızıstanda 26 nəfər koronavirusa yoluxub

Bişkek, 30 mart, АZƏRTAC

Son 24 saat ərzində Qırğızıstanda 26 adam COVID-19 koronavirusuna yoluxub və xəstə sayı 84 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Kasımbek Mambetov Bişkekdə keçirdiyi brifinqdə məlumat verıb.

Xatırladırıq ki, koronavirusla əlaqədar martın 25-dən aprelin 15-dək Qırğızıstanın Cəlalabad, Oş vilayətlərində və Bişkek şəhərində fövqəladə vəziyyət elan olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.