DÜNYA


Son sutkada Qırğızıstanda koronavirusa 538 nəfər yoluxub

Bişkek, 28 oktyabr, АZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19 virusuna yoluxanların sayı 538-ə, pandemiya dövründə isə 57 min 276 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saatda 414, pandemiya dövründə isə 48 min 678 pasiyent sağalaraq evə buraxılıb.

Son gün ərzində koronavirusdan 2 nəfər ölüb, həyatını itirənlərin sayı 1138 nəfərə çatıb.

Xəstəxanalarda 3 min 479, ambulator şəraitində 3 min 488 pasiyentin müalicə olduğu bildirilir.

Son sutkada 5, ümumiyyətlə isə 3 min 602 tibb işçisi koronavirusa yoluxub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.