DÜNYA


Son sutkada Qırğızıstanda koronavirusa 547 nəfər yoluxub

Bişkek, 20 oktyabr, АZƏRTAC

Qırğızıstanda COVID-19-a yoluxanların sayı yenidən artır. Son sutka ərzində ölkədə virusa 547 nəfər yoluxub və pandemiya dövründə bu rəqəm 54 min 6 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə ölkədə 282 xəstə sağalıb və evə buraxılanların sayı 46 min 726 nəfər olub.

Son 24 saatda 6, pandemiya dövründə isə 3 min 561 tibb işçisində koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 3 min 220-si sağalıb.

Xəstəxanalarda 2 min 919, ev şəraitində 2 min 745 pasiyentin müalicə edildiyi bildirilir.

Son gün ərzində 4, pandemiya dövründə isə 1122 pasiyent həyatını itirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.