DÜNYA


Son sutkada Qırğızıstanda koronavirusa 596 nəfər yoluxub

Bişkek, 30 oktyabr, AZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı yenidən artıb. Belə ki, dünən virusa yoluxanların sayı 522 olmuşdursa, bu gün bu rəqəm 596-ya çatıb, pandemiya dövründə isə bu rəqəm 58 min 494 nəfər təşkil edib.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə 425, ümumiyyətlə isə 49 min 522 pasiyent sağalaraq evə buraxılıb.

Son sutkada virusdan 3 nəfər dünyasını dəyişib, vəfat edənlərin sayı 1142 nəfərə çatıb.

Bildirilir ki, xəstəxanalarda 3 min 359, ambulator şəraitdə 3 min 814 xəstə müalicə edilir.

Son sutkada 7, pandemiya dövründə isə 3 min 612 tibb işçisi COVID-19-a yoluxub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.