DÜNYA


Son sutkada dünyada koronavirusa 206 mindən çox yoluxma qeydə alınıb

Bakı, 6 avqust, AZƏRTAC

Son sutka ərzində dünyada koronavirusa 206 mindən çox yoluxma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 18 354 342-yə çatıb. Son gün ərzində COVID-19-a 206 709 yeni yoluxma aşkarlanıb.

Dünyada ümumilikdə 696 147 insan pandemiyanın qurbanı olub. Ötən gün 5 116 daha pasiyent təhlükəli infeksiyadan ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Uxan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.