CƏMİYYƏT


Son sutkada koronavirus infeksiyasından 1241 nəfər sağalıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 558 yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481 min 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 min 968 nəfər müalicə olunaraq sağalıb, 6 min 476 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 957 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 684, bu günə qədər isə ümumilikdə 4 milyon 830 min 338 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.