İQTİSADİYYAT


Son üç ayda Bakının ticarət dövriyyəsinin həcmi 4,8 faiz artıb

Bakı, 7 may, AZƏRTAC

2022-ci ilin yanvar-mart aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.