Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Son vaxtlar Azərbaycan-İran əlaqələri daha dinamik xarakter alıb VİDEO

Tehran, 24 noyabr, AZƏRTAC

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 24-də İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri ilə görüşüb.

İranda səfərdə olmasından məmnunluq duyduğunu bildirən Əli Həsənov deyib ki, Azərbaycan ilə İran xalqları eyni dinə və mənəvi dəyərlərə malikdir. Bu amillər hər iki xalqın yaxın dostluq və qardaşlıq şəraitində yaşamasını şərtləndirir. Əli Həsənov son dövrlər İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq Prezident Həsən Ruhaninin noyabrın 12-13-də Azərbaycana səfərinin bu istiqamətdə mühüm addım olduğunu diqqətə çatdırıb.

İmam Xomeyni İmdad Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 20 illik əməkdaşlıq əlaqələrinin olduğunu bildirən Əli Həsənov komitənin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa edən Azərbaycan elan edilməmiş müharibəyə cəlb olundu. Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etdi və orada yaşayan azərbaycanlılar doğma yurdlarından didərgin salındılar. Bunun nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün meydana gəldi. Məhz bu dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi Azərbaycan xalqına böyük yardımlar göstərdi. Azərbaycanda humanitar layihələrə təxminən 43 milyon dollar həcmində yardım göstərən İmdad komitəsinin humanitar fəaliyyətini xalqımız heç vaxt unutmayacaq.

Qeyd olunub ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Buna görə təşəkkürünü bildirən Əli Həsənov deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini ATƏT-in Minsk qrupunun fəaliyyətinə baxmayaraq, problemin hələ də öz  həllini tapmadığını diqqətə çatdırıb. Bildirib ki, dünyada mövcud olan ikili standartlar siyasəti bu münaqişənin həll olunmasına imkan vermir. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında dörd qətnaməsi var. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmir və dünya birliyi bu ədalətsizliyə göz yumur.

Əli Həsənov bildirib ki, bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə daha çox müsəlman ölkələrində qanlı münaqişələrin baş verdiyini görürük. Azərbaycan da müsəlman ölkəsidir və bu acınacaqlı mənzərə bizi narahat etməyə bilməz. İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər. Ona görə də İran ilə Azərbaycan bütün sahələrdəki əməkdaşlıq əlaqələrini daha da genişləndirməlidir. İran və Azərbaycan elə yüksək səviyyəli dostluq əlaqələrində olmalıdır ki, heç bir qüvvə bu dostluğa zərər vura bilməsin.

Azərbaycanın xarici siyasəti haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə əməkdaşlıq etməsini istəyir. Ermənistanla isə bu, yalnız torpaqlarımız işğaldan azad ediləndən sonra mümkün ola bilər. Qonşu dövlətlərlə əlaqələr xarici siyasətimizin prioritet istiqamətidir.

Əli Həsənov rəhbərlik etdiyi komitə və onun iş prinsipləri haqqında məlumat verərək bildirib ki, son 10 ildə qaçqınlar və məcburi köçkünlər üçün 87 müasir şəhərcik tikilib istifadəyə verilib, 220 mindən çox insan müvəqqəti yaşayış yerlərindən bu şəhərciklərə köçürülüb.

Baş nazirin müavini Azərbaycanda son 10 ildə əldə edilən uğurlar, ölkəmizin Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş 2020-ci ilə qədər strateji istiqamətləri, həmçinin Heydər Əliyev Fondunun xətti ilə respublikamızda, eləcə də dünyanın müxtəlif dövlətlərində həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verib.  Azərbaycanın dinamik iqtisadi inkişafı, yeni iş yerlərinin açılması və ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi haqqında danışan Əli Həsənov Hüseyn Ənvərini Bakıya səfərə dəvət edib.

Dəvətə görə minnətdarlıq edən İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri deyib ki, İran ilə Azərbaycan arasında hər şeydən əvvəl dini və mənəvi əlaqələr mövcuddur. Bu əlaqələr maddi varlıq üzərində qurulmayıb, insani və dini dəyərlərə söykənib. Odur ki, bu dostluğu pozmaq olmaz. H.Ənvəri bildirib ki, İran həmişə din qardaşlarına təmənnasız yardım etməyə hazırdır. Lakin Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil, ölkə iqtisadi cəhətdən yüksək sürətlə inkişaf edib, dünyada layiqli yerini tutub. Biz qonşu və dost dövlət olaraq Azərbaycanın uğurlarına sevinirik.

Sonra H.Ənvəri rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.

Söhbət zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.

Baş nazirin müavini Əli Həsənovun İrana səfəri davam edir.

 

  Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Son vaxtlar Azərbaycan-İran əlaqələri daha dinamik xarakter alıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb