CƏMİYYƏT


Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Ev şəraitində müalicə olunan çoxlu xəstələr var. Yalnız daha ağır simptomu olan xəstələr stasionar şəraitdə müalicə olunurlar. Ev şəraitində müalicə olunan xəstə infeksiya mənbəyidir və biz özümüzü ondan qorumasaq, həmin xəstə də özünü təcrid etməsə, ailədaxili yoluxmalar artar. Bizim müşahidələrə görə, son vaxtlar yoluxma saylarının artmasında əsas faktor bundan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun dediyinə görə, hər bir şəxs özünün xəstə olduğunu biləndə ətrafdakıları qorumaq qayğısına qalmalıdır. Ailədə olan digər üzvlər də xəstəyə ehtiyatla yanaşmalı, müəyyən müddət özünütəcrid qaydalarına əməl etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.