MƏDƏNİYYƏT


“Sönməzdir, əbədidir Heydər Əliyev!” adlı anım gecəsi təşkil olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Sönməzdir, əbədidir Heydər Əliyev!” adlı anım gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin “Matəm odası” səslənib. Orkestrin ifası zamanı monitorda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videofraqmentlər nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, 15 il əvvəl dekabr ayının 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. O, xalqımızın yaddaşına əbədi həkk olmuş dahi şəxsiyyətdir. Çox illər keçəcək, lakin azərbaycanlılar müdrikliyi və sarsılmaz mətinliyi sayəsində ölkəmizin gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

Bildirilib ki, XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin yol yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Sonra Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Frans Şubertin “Simfoniya №8” əsəri səsləndirilib.

Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi ilə davam edən anım gecəsi Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nun ifası ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.