ELM VƏ TƏHSİL


Sonuncu kurs tələbələri və magistrlər 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sonuncu kurs tələbələri və magistrlər ölkənin müxtəlif müəssisələrində 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev videogörüşdə IV kurs tələbələrinin istehsalat və II kurs magistrlərin elmi tədqiqat təcrübələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 14 həftəlik istehsalat təcrübəsi mayın 25-dək, elmi tədqiqat təcrübəsi isə martın 16-dək universitetin tərəfdaşı olan müəssisələrdə keçiriləcək. Ümumilikdə isə 1750 tələbə və magistr təcrübə keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.