ELM VƏ TƏHSİL


Sonuncu sınaq imtahanının nəticələri açıqlanıb

Bakı, 11 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164-ü imtahana gəlməyib. Qaydalara zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

İmtahanın nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.