DÜNYA
“Sony” şirkəti “PlayStation” oyunu həvəskarlarını sevindirəcək
Bakı, 22 avqust, AZƏRTAC
"Sony" şirkəti sentyabrın əvvəlində "PlayStation 4" oyun konsolunun iki versiyasını ictimaiyyətə təqdim edəcək.
"The Wall Street Journal" nəşrinin mənbələri yazır ki, yeni oyun konsollarından biri orijinal "PlayStation 4"ün "slim" versiyasıdır, "PlayStation Neo" adlı ikinci versiya isə daha güclü texniki xüsusiyyətlərə malikdir. Təxmin edilir ki, "4K" təsvir ölçüsü, həmçinin oyunlarda daha güclü qrafikanı dəstəkləyəcək.
AZƏRTAC "lenta.ru" saytına istinadən xəbər verir ki, belə yüksək keyfiyyətli təsvir virtual reallıq eynəyini dəstəkləyən layihələr ("PlayStation VR") üçün lazımdır.
Orijinal "PlayStation 4" 2013-cü ilin noyabrında satışa çıxarılıb və o vaxtdan etibarən 40 milyondan çox nüsxəsi satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]