DÜNYA


“Sony” şirkəti “SmartBand” qolbağını buraxmışdır VİDEO

Bakı, 6 iyun (AZƏRTAC). “Sony” şirkəti insanın gündəlik aktivliyini izləyən “SmartBand SWR10” qolbağının satışlarına başlamışdır. ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər.

Bildirilir ki, “SmartBand” smart qolbağı “CES 2014” sərgisində nümayiş etdirilmişdir. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulmuşdur. Aksesuar sizin olduğunuz yerləri, hansı vaxtda şəkil çəkdiyinizi, musiqi dinlədiyinizi, kitab oxuduğunuzu qeydə alır. Bundan sonra bu informasiya “Android”-smartfonda “Lifelog” tətbiqi ilə emal olunur.

“SmartBand” qolbağı smartfona “NFC” və ya “Bluetooth” ilə qoşula bilər. Həmçinin “Sony Entertainment Network” hesabı lazımdır. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, "layk" və tvitlərdən xəbər verə biləcək. “SmartBand” qolbağı su və toza qarşı davamlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.