MƏDƏNİYYƏT
Şopinq Festivalının onlayn lotereyasının növbəti qalibləri məlum olub
Bakı, 17 may, AZƏRTAC
Paytaxtımızda sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarına qazandırmaqda davam edir.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, “Alış-verişiniz sizə hədiyyə qazandırsın!” şüarı ilə mayın 1-dən açıq elan edilən festivalın onlayn lotereyası bu vaxt ərzində 1000-dən çox iştirakçıya dəyərli hədiyyələr qazandırıb. Festivala qoşulmuş növbəti qaliblər bu dəfə də Park Bulvardan və Bravo marketlər şəbəkəsindən qiymətli hədiyyələr qazanıblar.
Belə ki, Bravo marketlər şəbəkəsi təqdim etdiyi hədiyyələrdən çaydanı Hədiyyə İsmayılova, Rahilə Səfərova, İlahə Həsənova, Rahilə Səfərova, Niyaz Əsgərov, Tamilla Məmmədova, Nailə Rəsulova, Nigar Əsgərova, Fərhad Əliyev və Jalə Pariyab, elektron tərəzini Samir Şərifov, Rahilə Səfərova, İlahə Həsənova, Nigar Miriyeva, Əli Quliyev, İlahə Həsənova, Aysel Hidayətzadə, Vasif Ələkbərov, İlahə Allahverdiyeva, Tamilla Məmmədova, Səbinə Caymendi, Nigar Manaflı və Emin Babayev, ütü feni Səbinə Quliyeva, Leyla Ələkbərova, Orxan Həsənzadə, Tural Rəhimzadə, Samir Ömərov, Elşad Bayramov, Tamilla Məmmədova, Elnarə Məcidova, Səidə Rəhimova, Elşən Əliyev və Sinan Cabbarov, ütünü isə Zaur Məmmədov, Veronika Eren, Orxan Həsənzadə, Nazim Allahverdiyev, Elxan Bağırov, Oqtay Mirzəyev, Maral Mustafayeva, Rəna Əliyeva, Rəfiqə Hüseynova, Səbinə Baxşıyeva, Kəmalə Vəliyeva, Əlibəy Kərimov, Günel Quliyeva, Nəzakət Ağayeva, Sənan Cəfərov və Ayatay Ağamirova adlı iştirakçılar qazanıblar.
Lotereyanın digər sponsoru Park Bulvarın təqdim etdiyi hədiyyələrdən “Grundig” markalı CD-maqnitolanı Xatirə Həsənova, Vüsalə Quliyeva, Vüsalə Cəfərova, Tahir Mustafayev, Həqiqət Məmmədova, Nuridə Həsənova, Lalə Quliyeva, Rüfət Zamanov, Fərid Məlikov, Günel Həşimova, Səadət Qaziyeva, Rəşad Nəzərli və Elnarə Məcidova, “Grundig” markalı saatlı radio qəbuledicini Jalə Əliyeva, Vüsalə Cəfərova, Elnur Rzayev, Iradə Qasımova, Faila Axundova, Nailə Rəsulova, Aysel Səftərli və Emil Hüseynov, “Grundig” markalı “İphone” üçün saatlı radio qəbuledicini Rahilə Səfərova, Nigar Miriyeva, Gülnarə Şəfiqulina, Günel Imamquliyeva, Günel Əliyeva, Səbinə Qurbanova, Rəfiqə Hüseynova, Asif Imamverdiyev, Səadət Qazıyeva və Aysel Əliyeva, “Grunding” markalı radionu isə İlham Yusifov, Cavid Məmmədov, Elnarə Əmirova, Sərvinaz Mehbalıyeva, Aysel Hidayətzadə, ŞahinHəsənov, Fərhad Kərimov və Sənubər Məmmədova adlı iştirakçılar əldə ediblər.
Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10 mindən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar.
Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturasını) sizin lotereya biletiniz olaraq uduşda lotereyada iştirak etməyinizə imkan verəcək.
Bir-birindən dəyərli hədiyyələri qazanmaq üçün lotereyada iştirak etmək isə çox asandır:
-Festivalın lotereya proqramına qoşulmuş mağaza, restoran və supermarketlərdə tələb olunan minimum məbləğdə alış-veriş edirsiniz.
-Kassa çekini və ya vergi hesab-fakturanı kassirdən alırsınız. Vergi hesab-fakturanı ƏDV köşkündə təsdiq etdirirsiniz. Daha sonra www.bakushopfest.com/lottery səhifəsində qeydiyyatdan keçirsiniz.
-Çek və ya vergi hesab-faktura məlumatlarını daxil edirsiniz və lotereyanın sponsorlarından - Bravo marketlər şəbəkəsi, “Baku Electronics”, Park Bulvar və digər iştirakçılardan 10 mindən çox dəyərli hədiyyədən birini və baş mükafat olan “Nissan Sunny” avtomobilini qazanmaq şansı əldə edirsiniz.