DÜNYA


Sorğu: Demokratların yarıdan çoxu Co Baydeni yenidən prezident görmək istəmir

Sorğu: Demokratların yarıdan çoxu Co Baydeni yenidən prezident görmək istəmir

Bakı, 6 fevral, AZƏRTAC

Demokratik partiyanı dəstəkləyən amerikalıların əksəriyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Co Baydeni namizəd kimi görmək istəmir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Associated Press agentliyinin dərc etdiyi sosioloji sorğunun nəticələrində əksini tapıb. Belə ki, rəyi soruşulan amerikalıların 52 faizi onun yenidən dövlət başçısı seçilməsinin əleyhinədir, əksəriyyət bunu Baydenin yaşı ilə əlaqələndirir. Respondentlərin yalnız 37 faizi Birləşmiş Ştatların hazırkı dövlət başçısının ikinci müddətə prezident seçilməsinə tərəfdar olduğunu bildirib.

Yanvarın 26-30-da keçirilən sosioloji rəy sorğusunda demokratik partiyanı dəstəkləyən mindən çox amerikalı iştirak edib.

Co Bayden 80 yaşını prezident postunda qeyd edən ilk ABŞ prezidentidir. O, sentyabrın 19-da CBS telekanalına müsahibəsində 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Seçkilər keçiriləcəyi vaxt onun 82 yaşı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.