DÜNYA


Sorğu: Şinzo Abe hökumətini respondentlərin 43 faizi dəstəkləyir

Tokio, 17 yanvar, AZƏRTAC 

Yaponiyanın NHK telekanalının apardığı ictimai rəy sorğusu nəticəsində məlum olub ki, respondentlərin 43 faizi Şinzo Abenin rəhbərlik etdiyi Nazirlər Kabinetini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu, bir ay əvvəl keçirilən sorğunun nəticələrindən 2 faiz çoxdur. Respondentlərin 35 faizi isə Nazirlər Kabinetini dəstəkləmədiyini bildirib ki, bu da əvvəlki ayın həmin göstəricisindən 3 faiz azdır.

Nazirlər Kabinetini dəstəkləyənlərin 46 faizi onu alternativ variantlardan üstün hesab etdiyini deyib. Onların 18 faizi Nazirlər Kabinetinin işgüzarlığını qeyd etdiyi halda, 15 faizi bu hökumətə onların dəstəklədiyi partiyanın üzvü olan qanunvericilərin daxil olduğunu deyib.

Kabineti dəstəkləməyənlərin 36 faizi isə siyasi fəallığın zəif olduğunu, 34 faizi Ş.Abeyə inanmadığını, 11 faizi isə buraya dəstəklədikləri partiyanın üzvü olan qanunvericilərin daxil olmadığını bildirib.

Qeyd edək ki, NHK telekanalı sorğunu ötən həftənin şənbə günündən cari həftənin çərşənbə gününədək keçirib və 2166 nəfərin rəyi soruşulub. Respondentlərin 1206 nəfəri və ya 56 faizi suallara cavab verməyə hazır olduğunu bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.