DÜNYA


Sorğu: Ukrayna vətəndaşlarının 70 faizdən çoxu prezident seçkilərində səs verməyə hazırdır

Kiyev, 16 avqust, AZƏRTAC

Ukrayna vətəndaşlarının 70 faizdən çoxu martda keçiriləcək prezident seçkilərində səs verməyə hazırdır. AZƏRTAC xəbər verir ki, bu barədə “Sosial monitorinq” Mərkəzinin keçirdiyi sorğuda qeyd edilib.

Mərkəzin rəhbəri Dmitriy Dmitruk keçirdiyi mətbuat konfransında bildirib ki, sorğunun nəticələrinə əsasən Ukrayna vətəndaşlarının 71 faizi prezident seçkisində səs verməyə hazırdır. Yay aylarının olmasına baxmayaraq, bu, yüksək göstəricidir. Prezident seçkilərində səs verməyə hazır olanlar parlament seçkisindən daha çoxdur.

Sorğu Krım, Donetsk və Luqansk şəhərlərindən başqa Ukraynanın bütün bölgələrində aparılıb.

Qeyd edək ki, 2019-cu ilin martın sonlarında Ukraynada parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.