DÜNYA


Sorğu: Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, Vladimir Zelenskinin partiyası qələbə qazanacaq

Kiyev, 16 may, AZƏRTAC

Yaxın günlərdə Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, əhalinin 80 faizi səsvermədə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reytinq” Sosial Qrupu, Aleksandr Yaremenko adına Sosial Araşdırmalar Mərkəzi və “Sosial monitorinq” mərkəzinin birgə keçirdiyi rəy sorğusunun nəticələrində məlumat verilib.

Sorğuya əsasən Vladimir Zelenskinin partiyası olan “Xalqın xidmətçisi” daha çox 29,5 faiz səs toplayıb. “Müxalifət platforması” 8,1 faiz “Petro Poroşenko bloku“ 7,8 faiz, Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası isə 6,7 faiz səs qazana bilib. Digər blok və partiyalar 5 faizlik baryeri aşa bilməyib.

Sorğu 3000 respondent arasında aparılıb.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Lakin Vladimir Zelenski andiçmə mərasimindən sonra parlamenti buraxacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair qərar verəcəyini açıqlayıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.