DÜNYA


Sorğu: Vladimir Zelenski prezident seçkilərində qalib gəlməyə daha şanslıdır

Kiyev, 11 aprel, AZƏRTAC

Ukraynada prezident seçkilərinin ikinci turunda namizəd Vladimir Zelenskinin şansı hazırkı Prezident Petro Poroşenkodan yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reytinq” sosioloji qrupunun direktor müavini Lyubomir Mısiv keçirdiyi mətbuat konfransında məlumat verib.

“Reytinq”in apardığı sorğuya əsasən, ukraynalıların 51 faizi V.Zelenskiyə səs verəcək. P.Poroşenko isə iştirakçıların 21 faiz səsini qazana bilib.

Sorğuda iştirak edənlərin 18 faizi hələ namizədi seçmədiyini, 10 faizi isə səsvermədə iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.