DÜNYA


Sorğu: rekord sayda amerikalı mühacirət etmək istəyir

Bakı, 5 yanvar, AZƏRTAC

Amerikalıların təxminən 16 faizi daimi yaşamaq üçün başqa ölkəyə getmək istəyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “Gallup” sosioloji xidmətinin apardığı sorğunun nəticələrində yer alıb. Ölkəni tərk etmək istəyi ən çox 30 yaşdan aşağı gənclər, əsasən də qadınlar arasında müşahidə olunub. Respondentləri əsasən Kanada maraqlandırır. Mühacirət etmək istəyənlərin 26 faizi bu ölkəni özlərinin yeni evi kimi görür.

Bu nəticə sorğuların keçirildiyi dövr ərzində rekord göstəricidir. Sosioloqların fikrincə, belə əhval-ruhiyyənin səbəbi Donald Trampın hakimiyyətə gəlməsidir. Belə ki, oğul Corc Buşun hakimiyyəti illərində ölkədən getmək istəyənlərin sayı 11 faiz, Barak Obamanın dövründə isə 10 faiz təşkil edirdi.

Sosioloji tədqiqat 2017 və 2018-ci illərdə 15 yaşdan yuxarı min amerikalı arasında aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.