ELM VƏ TƏHSİL


Sosial-İqtisadi Kollecdə Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Bakı, 5 oktyabr, AZƏRTAC

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilib.

Kollecdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən kollecin təcrübəli müəllimi Gülnarə Alməmmədova bildirib ki, müəllim peşəsinin vacibliyini, gözəlliyini, eyni zamanda, çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb və onu yüksək qiymətləndiriblər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Uzun illərin təcrübəsindən danışan G.Alməmmədova bu gün tələbələrinin yaxşı sorağını eşitdikdə fəxarət hissi keçirdiyini bildirib.

Kollecin ən gənc müəllimi Günel Məmmədova çıxışında son illər bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etdiyini, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd edib. O, Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, məktəblərdə çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılmasını məhz müəllimlərimizin zəhmətinə verilən qiymətin təzahürü olduğunu vurğulayıb.

Sosial-İqtisadi Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov UNEC-in rektoru professor Ədalət Muradovun kollektivə təbrikini çatdırıb, müəllimlərə xoş arzularını bildirib.

Tədbir tələbələrin hazırladığı əbədi-bədii kompozisiyalarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.