ELM VƏ TƏHSİL


Sosial-İqtisadi Kollecdə “Məzun günü” keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Məzun günü” qeyd edilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Sonra kollecin məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Mənsimov məzunlara həsr etdiyi mahnını səsləndirib.

Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Direktor kollecin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında məlumat verib. O bildirib ki, bu il kollecin 430 məzunu var və onlar gələcəkdə subbakalavr kimi təhsillərini ali məktəblərdə davam etdirmək imkanlarına malikdirlər.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev bildirib ki, Sosial-İqtisadi Kollecdə təhsilin səviyyəsi çox yüksəkdir və tələbələr burada qazandıqları biliklərlə gələcəkdə ölkəmizin inkişafında öz töhfələrini verəcəklər.

Kollecin Mühasibat uçotu şöbəsinin müdiri Şahgül Qardaşəliyev, Qiyabi şöbənin müdiri Elxan Məmmədov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.