Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatı dərc edilib

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatı dərc edilib

Bakı, 14 aprel, AZƏRTAC 

Bütün dünyanı əhatə edən, qlobal sarsıntılar yaratmış pandemiya, eyni zamanda, dövlətlərin fors-major hallarda nümayiş etdirdiyi reaksiya qabiliyyəti və uzunmüddətli fövqəladə hallar kontekstində ortaya qoyduğu preventizim, davamlılıq keyfiyyətinin də ortaya çıxmasına səbəb olub.

Belə bir qlobal, tarixi-iqtisadi dəyişmə, başqa sözlə, koronavirus “fenomen”i ona qarşı mübarizə cəbhələrində yer alan dövlətlər sırasında özünün pandemiyaya qarşı uğurlu mübarizə modeli ilə önə çıxan Azərbaycan kimi xüsusi yanaşmalar ortaya qoyan ölkələri fərqləndirir.

Azərbaycan nümunəsində görürük ki, ölkə rəhbərliyinin COVID-19 pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi strateji tədbirlər öz sistemliliyi və verilmiş bütün qərarların mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi, sağlamlığı və rifahının yüksəldilməsinin təmin edilməsi məqsədinin dayanması xüsusilə qeyd edilməlidir.

Dövlət başçısının Sərəncamı ilə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir.

AZƏRTAC xəbər verir ki, bunlar Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan Barometri” jurnalının aprel ayında işıq üzü görmüş doqquzuncu buraxılışında dərc olunmuş “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatında əks olunub.

Hesabatda qeyd olunub ki, pandemiya ilə mübarizə istiqamətində optimal siyasət koordinasiyası və böhran kommunikasiyasının effektiv şəkildə reallaşdırılması dövlət idarəetməsində çeviklik və vizyonun göstəricisi kimi qiymətləndirilməlidir. Bütün bu qeyd etdiklərimizlə yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə də məqsədyönlü fəaliyyəti ilə fərqlənməkdədir. Belə ki, ölkəmiz COVID-19 pandemiyası ilə mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Məhz bu əməkdaşlıq çərçivəsində təşkilatın mütəxəssisləri Azərbaycana dəvət edilmiş ekspert missiyasının tövsiyələri milli fəaliyyət strategiyasında ciddi şəkildə nəzərə alınıb. Digər tərəfdən ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalayıb. Eyni zamanda, məhz belə həssas dönəmdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib və görüş çərçivəsində pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın vacibliyi xüsusilə vurğulanıb. Bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan pandemiya ilə mübarizədə xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə kimi dəyərləndirilib.

Qeyd edək ki, “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik təhlil sənədi Sosial Tədqiqatlar Mərkəzi tərəfindən martın 19-dan 28-dək ölkə miqyasında həyata keçirilən sosioloji sorğunun nəticələrini özündə əks etdirir.

Sorğunun metodologiyasına əsasən, ölkənin bütün regionları üzrə (Naxçıvan MR və işğal edilmiş rayonlar istisna olmaqla) 1212 respondent təsadüfi seçmə yolu ilə müəyyənləşdirilərək telefonla müsahibə verib.

Martın 19-dan 28-dək olan dövrü əhatə edən anket 15 əsas, 4 demoqrafik sualdan ibarət olub. Suallar əsasən aşağıdakı istiqamətlərdə olub:

- COVID-19 epidemiyası ilə fərdi mübarizə istiqamətlərinə münasibət. Yoluxma qorxusu və karantin şəraitində müayinəyə (özü və yaxınlarının) münasibət;

- Dövlətin COVID-19 pandemiyası ilə mübarizə siyasətinə münasibət, TƏBİB-in bu istiqamətdə fəaliyyətinin qiymətləndirilməsi;

Sorğunun ikinci hissəsində cari vəziyyət və sorğu nəticələrinin analoji tədqiqatlarla müqayisəli təhlili aparılaraq, milli və qlobal kontekstdən yanaşma nəzərə alınıb.

Yaranmış qlobal təhdidə adekvat olaraq COVID-19 pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Operativ Qərargah dərhal qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil edib. Bütün bunlarla yanaşı, Nazirlər Kabinetinin sərəncamı ilə yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib və hazırda ölkə başçısının birbaşa nəzarəti altında icra edilməkdədir. Azərbaycanda COVID-19 infeksiyasına ilk yoluxma faktı fevralın 28-də qeydə alınıb.

Ölkəmizdə COVID-19 pandemiyasının mümkün təsirlərinin azaldılması sahəsində reallaşdırılan antiböhran strategiyasının əsas şüarı dövlət başçısı tərəfindən “Biz birlikdə güclüyük!” kimi müəyyənləşdirilməklə Dövlət - Vətəndaş - Biznes əməkdaşlığı formatı üzərindən reallaşdırılır.

Rəyi soruşulanların əksəriyyəti (87.8 faiz) mövcud vəziyyətlə bağlı hər hansı problemlə qarşılaşacağı təqdirdə dövlətin onlara dəstək göstərəcəyinə əmindir. Rəyi öyrənilən respondentlər arasında 65 yaş və ondan yuxarı olan kəsimin 61.1 faizi sosial təcridolunmadan sonra evdən kənarda keçirdiyi vaxtlarında əhəmiyyətli azalma müşahidə etdiyini qeyd ediblər.

Qlobal sorğularda da müqayisə edildikdə, məlum olur ki, Azərbaycanla bağlı tədqiqatlarda ictimai rəyin dövlət siyasətindən razılıq səviyyəsi yüksək olması və Ermənistanla müqayisədə Cənubi Qafqaz regionunda üstün mövqedə durması reallıqdır.

Sorğunun nəticələrinin analitik və statik təhlili göstərir ki, ölkəmizdə rəyi öyrənilənlərin əhəmiyyətli hissəsi yoluxmaqdan heç qorxmadığını qeyd edib.

Qadınlar kişilərə nisbətdə virusa yoluxmaqdan daha az qorxur. 51 yaşdan yuxarı olanların qorxu dərəcəsi digər yaş qruplarına nisbətdə daha aşağı, orta yaş qruplarında isə daha çoxdur. Məşğuliyyət cəhətdən isə fərdi əmək fəaliyyəti ilə məşğul olanların qorxusu daha yüksək, evdar qadınlar və özəl sektorda işləyənlərdə isə daha azdır.

Respondentlər arasında ən geniş yayılan müdafiə tədbiri kimi şəxsi gigiyenaya diqqət önə çıxır (92.4 faiz). Rəyi öyrənilənlərin 77.5 faizi bildirib ki, onlar ciddi ehtiyac olmadıqda evdən bayıra çıxmır ki, bu da karantin rejiminə riayətdən xəbər verir. Əhalinin əksər hissəsi (83 faiz) evdəki vaxtını yerli televiziya kanallarına baxmaqla, dörddə üçündən bir az çox hissəsi isə (67.2 faiz) ev/həyət işləri ilə məşğul olaraq keçirir. Respondentlərin böyük əksəriyyəti (86.5 faiz) əsasən marketə getmək üçün evdən çıxır. Digər iki əsas səbəb isə aptek (39.4 faiz) və işə (25.8 faiz) getməkdir. Çox az bir hissə olsa da, 5.9 faiz respondent açıq havada gəzmək məqsədilə evdən çıxır. Karantin rejimində işə getdiyini bəyan edən respondentlərin 18.4 faizi dövlət sektorunda çalışanları əhatə etdiyi halda, özəl sektorda bu göstərici 23.7 faiz təşkil edir.

Eyni zamanda, respondentlərin, həm də onların timsalında xalqın əksəriyyətinin COVID-19 virusu barədə məlumatlılığı, onunla davranış qaydaları, xəstəxanalara müraciət və karantin günlərində nəzərdə tutulan davranış qaydaları barədə bilgiləri test edilib.

Respondentlərin mütləq əksəriyyəti (93.9 faiz) karantinə alınmağı həmin şəxsin sağlamlığı baxımından olduqca vacib sayır. Digər tərəfdən milli təhlükəsizlik və həmrəylik baxımından bir o qədər respondent də (95.5 faiz) potensial daşıyıcıların karantinə alınmasını ətrafdakıları qorumaq baxımından önəmli bir tədbir kimi qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU THİK-in təşkilatçılığı ilə Novruz konserti keçirilib

Ağ ev: Biz heç vaxt sülh razılaşmasına indiki qədər yaxın olmamışıq

Türkman vətəndaş cəmiyyəti təmsilçiləri ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində görüş keçirilib

MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub VİDEO

Gürcüstanda iftar süfrəsi təşkil olunub

Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb

Qazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub

Bu il NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir

Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib

Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görülən tədbirlər açıqlanıb

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ VİDEO

Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb

Naxçıvan Dövlət Universiteti beynəlxalq reytinqlərdə konkret nəticələr əldə edib

Ruanda Belçika ilə diplomatik əlaqələri kəsib

Şimali Makedoniyadakı faciəyə görə ölkə parlamentində başsağlığı kitabı açılacaq

Müşavirə: Artıq ölkədə formalaşdırılmış informasiya sistemi Naxçıvanda müəyyən istiqamətlərdə tətbiq edilir

Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar iclası keçirilib

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

Qısamüddətli peşə təlimlərinə başlanılıb

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Praqada Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Levon Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO VİDEO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb