Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri Azərbaycan reallıqlarının təqdimatıdır

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri Azərbaycan reallıqlarının təqdimatıdır

Bakı, 21 aprel, AZƏRTAC

Dünya praktikasında keçirilən sorğular, bu və ya digər beynəlxalq qurumların ayrı-ayrı sahələr üzrə müxtəlif dövlətlərdə vəziyyəti açıqlayan hesabatları, təbii ki, əgər ədalət prinsipi əsas götürülərsə, həmin ölkələrin inkişafına, tərəqqisinə öz müsbət təsirini göstərir. Ona görə ki, bu sorğular və hesabatlarda ölkə vətəndaşlarının həyata keçirilən siyasətə, Prezidentə dəstəklərinin hansı səviyyədə olduğu açıqlanır, növbəti mərhələdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün daha ciddi səylər göstərilir. Azərbaycan daim istər ölkə, istərsə də beynəlxalq səviyyəli sorğu mərkəzlərinin apardıqları sorğularda öz liderliyini qoruyur. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin və son 16 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə etdiyi nailiyyətlərin miqyasının nə qədər böyük olması inkişaf modelinin dünya birliyində təqdir edilməsi ilə özünü qabarıq şəkildə büruzə verir. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri bir daha bu günümüzün reallıqlarını, ən əsası ölkə vətəndaşlarının Prezident İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Sorğunun nəticələrinə əsasən, vətəndaşlarımızın 94,5 faizi Prezident İlham Əliyevə inanır və etimad göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bütün ölkəni əhatə edən sorğunun nəticələri Azərbaycanın ayrı-ayrı sahələrdə həyata keçirilən təkmil islahatlar nəticəsində qazandığı uğurların təqdimatıdır. “İnam indeksi”nin müəyyənləşdirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrinin təhlili göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları fonunda ölkəmizin yeni-yeni hədəflərə doğru irəliləməsi və onlara yüksək səviyyədə nail olması ölkə ictimaiyyətində rəğbət hissini artırmaqla yanaşı, inam və etimadı möhkəmləndirir. Təkcə 2020-ci ilin ötən dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin, ən əsası virusun ölkələrin iqtisadiyyatında yaratdığı iqtisadi və sosial fəsadların aradan qaldırılması üçün birgə mübarizənin, əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu indiki zamanda Azərbaycan özünün yeni iqtisadi və sosial paketi ilə bu çətinliklərin aradan qaldırılması istiqamətində müsbət nəticələrə nail olur. Ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunur, işsiz və xüsusi karantin dövründə müvəqqəti işsiz qalan vətəndaşlara yardımların verilməsi təmin edilir. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənir. Möhtərəm Prezidentimizin martın 19-da imzaladığı Sərəncama uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planında 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramda inkişafa zəmin yaradan məqamlar öz əksini tapıb.

Baş redaktor bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsası kimi bu gün də öz aktuallığını qoruyur. Belə ki, Azərbaycanın həm daxildə, həm də beynəlxalq müstəvidə həmrəyliyin, birliyin gücləndirilməsi istiqamətində atdığı addımlar təqdir olunur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi də deyilənlərin təsdiqidir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Çünki koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir.

V.Rəhimzadə vurğulayıb ki, pandemiyanın və eləcə də qlobal neft böhranının dərinləşdiyi bir dövrdə ölkədə reallaşdırılan genişmiqyaslı işlər vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. Respondentlərin dəstək əmsalı 87, 8 faizdir. Bir statistika da açıqlanır ki, respondentlərin böyük əksəriyyəti, daha dəqiq desək, 93 faizi dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirir. Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizəyə başladığı gündən həyata keçirilən tədbirlərin xronologiyasına diqqət yetirdikdə istər insanların sağlamlığının təminatı, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlərin kompleks xarakter daşıdığı özünü qabarıq şəkildə büruzə verir. Məqsəd təbii ki, sağlamlığın qorunması, yüksək rifahın təmin edilməsi, iqtisadi tərəqqinin davamlılığını şərtləndirən bazanın möhkəmləndirilməsidir.

Baş redaktor bildirib ki, sosial islahatlar ili kimi tarixə yazılan 2019-cu ildə həyata keçirilən struktur, kadr islahatları, gəncləşmə siyasəti, könüllülük hərəkatının coğrafiyasının genişləndirilməsi məqsədilə cari ilin Azərbaycanda “Könüllülər İli” elan edilməsi və sair kimi biri-birindən əhəmiyyətli addımlar bu günümüz, həmçinin gələcək üçün möhkəm bazanın yaradılmasında stimulverici amildir. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr ötən ildən başlanan və cari ilin arxada qalan dövründə davam etdirilən addımlardır. Qeyd olunan sorğuda bütün sahələri əhatə edən islahatların qanunvericilik orqanında da öz əksini tapması üçün cari ilin fevralında ölkəmizdə parlament seçkilərinin keçirilməsi, yeni parlamentin formalaşması uğurlarımızın tərkib hissəsi kimi qeyd olunur.

“Ümumilikdə, keçirilən hər bir sorğu arxada qalan dövrün təhlilində, həmçinin gələcək üçün proqnozların səsləndirilməsində əhəmiyyətli rol oynayır”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, cari ilin ötən dövrünün hər sahədə uğurları 2020-ci ili də uğurla başa vuracağımıza əsas yaradır. Xalqımız möhtərəm Prezidentimizin ətrafında sıx birləşir, həyata keçirilən siyasəti dəstəkləyərək gələcəyə doğru inamla addımlayır. Pandemiya dövründə Azərbaycan hakimiyyətinin atdığı hər addım bir daha dövlət-vətəndaş birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi, ölkəmizdə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda Azərbaycan xalqının dövlət tərəfindən görülmüş işlərə böyük qiymət verdiyini xüsusi vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub