CƏMİYYƏT


Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib

Bakı, 24 may, AZƏRTAC

Sosial Xidmətlər Agentliyinin Abşeronda fəaliyyət göstərən 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün İxtisaslaşmış Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil edilən tədbirdə mərkəzin sosial-reabilitasiya xidmətini həyata keçirən ixtisaslı mütəxəssisləri ilə yanaşı, Norveçin “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.

Görüş çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan metodikalarla uşaqların sosial-inkişafının qiymətləndirilməsi aparılıb, valideynlərə sosial-məsləhət yardımı xidməti göstərilib.

“Açıq qapı” günündə iştirak edən valideynlər üçün “Uşaq inkişafında valideynin rolu, evdə uşağımızın inkişafına necə dəstək ola bilərik?” mövzusunda maarifləndirici təlim aparılıb.

Uşaqlara icma əsaslı sosial reabilitasiya xidməti göstərilən mərkəzdə 130 azyaşlı dövlət qayğısı ilə əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.